DÜNYA


Çinin “Şuanlyu” aeroportunda 100-dən çox aviareys təxirə salınıb

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Çinin Sıçuan əyalətinin Çendu şəhərində yerləşən “Şuanlyu” aeroportunda qatı duman səbəbindən 100-dən çox aviareys təxirə salınıb, 15 reys isə ləğv edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qatı duman regiona gecə saatlarında enib. Reyslərlə bağlı vəziyyətin axşama yaxın tənzimlənəcəyi gözlənilir. Ümumilikdə hava limanında 10 minə yaxın sərnişin dumanın çəkilməsini və təyyarələrin havaya qalxmasını gözləyir.

Qeyd edək ki, noyabrın əvvəlində də “Şuanlyu” aeroportunda duman və buludlu hava şəraiti ilə əlaqədar 130 reys təxirə salınmış, 12 reys ləğv olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.