DÜNYA


Çinin Tibet bölgəsində 5,1 bal gücündə zəlzələ olub

Pekin, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Çinin Tibet Muxtar Rayonunda yerli vaxtla səhər saat 05:34-də zəlzələ olub.

Çin Zəlzələ Şəbəkəsi Mərkəzinin məlumatına görə, 5,1 bal gücündə qeydə alınan zəlzələnin episentri dəniz səviyyəsindən 4700 metr yüksəklikdə yerləşən Nyainron qəsəbəsi yaxınlığında, 5 kilometr dərinlikdə olub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.

İlkin məlumatlara əsasən, heç bir dağıntı və insan tələfatı qeydə alınmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.