ELM VƏ TƏHSİL


“Çinin XX əsr siyasi tarixi” mövzusunda seminar

A+ A

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çinin XX əsr siyasi tarixi” mövzusunda elmi seminar keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çində siyasi sistemin formalaşması tarixindən bəhs edib, XX əsrdə Çin siyasi liderlərinin fəaliyyətinin elmi təhlilinin vacibliyini vurğulayıb. R.Abbasov, həmçinin xalq inqilabının lideri, Çin Kommunist Partiyası və Çin Xalq Respublikasının (ÇXR) banisi olan Mao Tszedunun ölkənin tarixindəki rolunun düzgün araşdırılmasının zəruriliyini qeyd edib. R.Abbasov bu il marksizmin görkəmli nəzəriyyəçisi Mao Tszedunun vəfatının 40-cı ildönümünün qeyd olunduğunu da xatırladıb.

Seminarda ADU-nun Konfutsi İnstitutunun əməkdaşları XX əsrdə Çində baş vermiş əsas siyasi hadisələr, yerli xalqın vahid müstəqil Çin uğrunda mübarizəsi, xalq inqilabının qələbəsi, ÇXR-in yaranması və Çində sosializm quruculuğu haqqında danışıblar.

Sonda mövzu ilə bağlı şeirlər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.