DÜNYA


Çinin "Alipay" ödəniş xidməti London ilə danışıqlar aparır

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Çinin "Alibaba" elektron kommersiya nəhəngi Londonun aparıcı pərakəndə ticarətçiləri və mehmanxana qrupları, eləcə də "Hilton" və "Harrods" sahibləri ilə danışıqlar aparır.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, Çinin "Alipay" xidmətinin bu ölkədə təxminən 450 milyon aktiv istifadəçisi və 200-dən çox tərəfdaş bankı var. "Alibaba"nın icraçı direktoru Ame Çand bildirib ki, şirkət artıq oktyabrda Londonun bütün iri mağazalarında və görməli yerlərində "Alipay" xidmətini tətbiq etməyi planlaşdırır.

Çinli turistlər Böyük Britaniyaya səfəri zamanı orta hesabla 2 min funt sterlinq xərcləyirlər. 2020-ci ilədək Avropada çinli turistlərin sayının ildə 234 milyon nəfərə çatacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.