DÜNYA


Çinin aparıcı axtarış sistemi "Baidu" özünün xüsusi bankını yaradacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Çinin aparıcı axtarış sistemi "Baidu" şirkəti Pekində özünün onlayn-bankını yaratmaq üçün hökumətdən icazə alıb.

AZƏRTAC "IBS Intelligence" portalına istinadla xəbər verir ki, "Baixin Bank" adlandırılacaq yeni onlayn-bankın yaradılmasında Çinin "China CITIC Bank"ı da iştirak edəcək. "Baixin Bank"ın təklif etməyi planlaşdırdığı xidmətlərə fiziki şəxslərin və kiçik biznesin kreditləşməsi, o cümlədən investisiya məhsullarının satışı daxildir. Xidmətin istifadəyə veriləcəyi tarix açıqlanmır.

Qeyd edək ki, 2015-ci ildə Çinin digər şəbəkə nəhəngi "Alibaba Group" özünün mobil bankı olan "Mybank"ını istifadəyə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.