DÜNYA


Çinin cənubunda 5,4 bal gücündə zəlzələ baş verib

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

Çinin cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Honkonq Meteoroloji Rəsədxanası məlumat verib.

AZƏRTAC TASS Agentliyinə istinadla bildirir ki, yeraltı təkanların episentri Quançjou şəhərindən təxminən 200 kilometr şimal-qərbdə olub. Zəlzələ ocağının dərinliyi laylarında barədə məlumat verilmir.

Məlumatda qeyd edilir ki, iki qəsəbədə bir neçə evə xəsarət dəyib. Həlak olan yoxdur. Təhlükəsizlik üçün bir neçə qatarın hərəkəti dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.