DÜNYA


Çinin cənubunda leysan yağışlarında ölənlərin sayı 16-a çatıb

Pekin, 4 iyul, AZƏRTAC

Çinin Quansi Cuan Muxtar Rayonunda leysan yağışlarının törətdiyi fəsadlarda ölənlərin sayı 16-a, itkin düşənlərin sayı isə 10-a çatıb.

Yerli KİV-lərin məlumatına əsasən, leysan yağışlarının əmələ gətirdiyi sel və daşqınlar 94 mindən çox sakinin təxliyyə edilməsinə, 600 evin tamamilə, 6500 evin isə qismən dağılmasına səbəb olub. Bölgədəki 60 iri çayda suyun səviyyəsi təhlükəli həddə çatıb. Ümumi maddi ziyan 430 milyon ABŞ dollarına bərabərdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.