DÜNYA


Çinin dörd patrul gəmisi Yaponiyaya məxsus ərazi sularına daxil olub

Tokio, 24 iyun, AZƏRTAC 

Yaponiya Sahil Mühafizəsi Xidmətinin verdiyi məlumata görə, Çinin dörd patrul gəmisi Şərqi Çin dənizində, Senakaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularına daxil olub.

Patrul gəmilərinin Uotsuri və Minamikocima adaları rayonunda iyunun 24-də səhər saat 10 radələrində müşahidə edildiyi bildirilir. Sahil mühafizəsi gəmilərdən ərazini tərk etməyi tələb edib.

Həmin ərazidə təqribən iki saat qalan gəmilər günortaya yaxın ərazini tərk ediblər. Cari ildə Çin gəmiləri 16-cı dəfədir ki, Yaponiyaya məxsus ərazi sularına daxil olub.

Senkaku adaları Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da bu adalara iddialıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.