DÜNYA


Çinin ən böyük muzeyinin Honkonqda filialı açılacaq

A+ A

Bakı, 24 dekabr, AZƏRTAC

Pekində yerləşən dünyanın ən böyük muzey kompleksi olan "Ququn" (Bağlı şəhər) Honkonqda filialını açacaq.

AZƏRTAC "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati rayonunun administrasiyası "Ququn" administrasiyası ilə müvafiq memorandum imzalayıb.

Filial Qərbi Koulun rayonunun mədəniyyət mərkəzində yerləşəcək. Kompleks 10 min kvadratmetr sahəni əhatə edəcək. Kompleksin təxminən 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Muzeyin daimi ekspozisiyası "Ququn", Çinin mədəniyyəti və ölkənin hökmdar sülalələrinin tarixindən bəhs edən sərgilərdən ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.