İQTİSADİYYAT


Çinin iş adamları "Ulduz" şokolad fabrikinin məhsullarına maraq göstərirlər

Bakı, 29 aprel, AZƏRTAC

Çinin iş adamları “Veysəloğlu” şirkətlər qrupuna daxil olan "Ulduz" şokolad fabrikinin məhsullarına maraq göstərirlər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu barədə “İpək Yolu” Beynəlxalq Ticarət Palatasının sədri Lyu Yanzonqun rəhbərlik etdiyi nümayəndə heyətinin “Veysəloğlu” şirkətlər qrupunun rəhbərliyi ilə görüşündə bildirilib.

Lyu Yanzonq “Veysəloğlu” şirkətlər qrupunun həyata keçirdiyi layihələrə maraq göstərdiyini bildirib, şirkəti gələcəkdə öz ölkəsində təşkil olunacaq beynəlxalq sərgi və konfranslara dəvət edib.

Asiya-Sakit okean Ticarət və Sənaye Palataları Konfederasiyasının prezidenti Jemal İnaişvili “Veysəloğlu” şirkəti ilə birgə layihələrin həyata keçirilməsində və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qonaqlara ölkənin iqtisadi inkişafı və sahibkarlığa yaradılan əlverişli və münbit iqtisadi şərait haqqında məlumat verilib, həmçinin şirkətlər qrupunun məhsullarının Çin bazarında gələcək perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.