DÜNYA


Çinin keçmiş general-polkovniki rüşvətə görə ömürlük həbs cəzasına məhkum edilib

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Hərbi Məhkəməsi ölkənin Mərkəzi Hərbi Şurası sədrinin keçmiş mavini general-polkovnik Qo Bosyunu ömürlük həbs cəzasına məhkum edib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Qo Bosyun ömürlük olaraq siyasi hüququndan və öz hərbi rütbəsindən də məhrum edilib. Həmçinin onun şəxsi aktivləri və qanunsuz yolla əldə etdiyi pul vəsaiti müsadirə edilərək dövlətə təhvil verilib.

Aprel ayının əvvəlində başlayan təhqiqatın nəticəsində məlum olub ki, keçmiş məmur iri məbləğdə rüşvət alaraq digər şəxslərin vəzifədə irəliləməsi üçün vəzifəsindən sui-istifadə edib və bu yolla 80 milyon yuan (12,3 milyon dollar) vəsait qazanıb. Qo Bosyunun günahını boynuna aldığı bildirilir.

Qeyd edək ki, Çində korrupsiya ilə mübarizə kampaniyası 2012-2013-cü illərdə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin başda olmaqla, rəhbərlərin “beşinci nəsli”nin hakimiyyətə gəlməsindən sonra geniş miqyas alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.