DÜNYA


Çinin patrul gəmisi Yaponiyaya məxsus ərazi sularına daxil olub

Tokio, 16 iyul, AZƏRTAC

Yaponiya Sahil Mühafizəsinin bildirdiyinə görə, Çinin patrul gəmisi ilk dəfə Yaponiyanın Kyuşu adasının şimal sahillərində bu ölkəyə məxsus ərazi sularına daxil olub. Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda patrul gəmisinin iyulun 15-də saat 11:50 dəqiqədə Naqasaki prefekturasının Tsuşima adasının cənub-qərbində Yaponiyanın ərazi sularına daxil olduğu bildirilir. Gəmi Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından 30 dəqiqə sonra həmin ərazini tərk edib.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, Sahil Mühafizəsi həmin gəmiyə xəbərdarlıq edərək onu nəzarət altına alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.