Çinin qabaqcıl smartfonu bir saatda 100 faiz enerji toplayır
Bakı, 13 dekabr, AZƏRTAC
Çinin “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Belə ki, qabaqcıl smartfonun batareyası 30 dəqiqə ərzində 53 faiz, 1 saat müddətində isə 100 faiz enerji toplayır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən sınaqlarda iştirak edən bütün modellər sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfonları enerji şəbəkəsinə qoşduqdan 30 dəqiqə və 1 saat sonra akkumulyatorun enerji səviyyəsini yoxlayıblar. “OnePlus”a ən yaxın rəqiblər “LG V30”un həmin vaxt ərzində topladığı enerji müvafiq olaraq 53 və 68 faiz, “iPhone X”ın isə 50 və 81 faiz olub.
“Samsung Galaxy Note 8” smartfonu sınaqlarda sonuncu yeri tutub. Belə ki, 30 dəqiqə müddətində smartfonun batareyası yalnız 35 faiz enerji toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]