DÜNYA


Çinin statistika idarəsinin sabiq rəhbəri azadlıqdan ömürlük məhrum edilib

Pekin, 2 iyun, AZƏRTAC

Çinin Milli Statistika Bürosunun keçmiş sədri Van Baoan korrupsiya əməllərinə görə azadlıqdan ömürlük məhrum edilib.

Canciakou şəhər məhkəməsi V.Baoanı Dövlət Vergilər Administrasiyasında, Maliyyə Nazirliyində, Xeyluncian vilayəti hökumətində və Milli Statistika Bürosunda məsul və rəhbər vəzifələrdə çalışdığı vaxtlarda 153 milyon yuan (təxminən 22,4 milyon ABŞ dolları) dəyərində rüşvət almaqda təqsirli bilib. Bütün siyasi hüquqlardan məhrum edilən müttəhimin şəxsi əmlakı və qanunsuz yolla əldə etdiyi bütün vəsaiti də müsadirə olunub.

Keçmiş büro rəhbəri istintaqın gedişində bütün cinayət əməllərini etiraf edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi İntizam Komissiyasının rəyi əsasında ötən ilin yanvarında vəzifəsindən azad edilən V.Baoan həm də partiya sıralarından xaric olunmuşdu.

Xatırladaq ki, Si Cinpin ölkə rəhbəri olandan sonra korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində dövlət və hökumət strukturunda, özəl sektorda çalışan vəzifəli şəxslər, eləcə də partiya daxilində müxtəlif vəzifələri daşıyanlar cəzalandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.