DÜNYA


Çinin üç ən böyük sosial media platforması barədə təhqiqat başlayıb

Bakı, 11 avqust, AZƏRTAC

Çinin üç ən böyük sosial media platforması olan “Wechat”, “Weibo” və “Tieba” barədə təhqiqat başlayıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb həmin platformaların milli təhlükəsizliyi, ictimai asayişi təhdid edən mövzuları paylaşmasıdır.

Çində bu ilin ikinci rübündə milli təhlükəsizliyi təhdid edən, insanları şiddətə təşviq edən və əsassız söz-söhbətlər yayaraq cəmiyyətdə narahatlığa səbəb olan 3 min 918 internet saytı bağlanılıb.

“Youtube”, “Facebook”, “Instagram” və “Twitter” kimi beynəlxalq şəbəkələrin istifadəsinin qadağan olunduğu Çində “Sina”, “Youku” və “Wechat” kimi proqramlar istifadə edilir.

Ölkədə sosial şəbəkələrin təxminən 800 milyon istifadəçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.