DÜNYA
Çinin valyuta ehtiyatı azalaraq beş il əvvəlki səviyyəyə düşüb
Bakı, 7 oktyabr, AZƏRTAC
Çinin valyuta ehtiyatı sentyabrda 19 milyard dollar azalaraq 3,166 trilyon dollara səviyyəsinə düşüb və son beş ilin minimal göstəricisi həddinə çatıb. Bu, analitiklərin proqnozunu üstələdi və “Kapital axının yeni mərhələsini göstərdi”. Honkonqun RTHK radio yayım korporasiyasının məlumatında belə deyilir.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ölkənin valyuta ehtiyatları artıq üç aydır ardıcıl olaraq azalır. Avqust və iyul aylarında 15,9 və 4,1 milyard dollar aşağı düşüb. Mütəxəssislər sentyabrda bu göstəricinin 3,18 milyard dollar səviyyəsində olacağını gözləyirdilər, lakin bu proses sürətləndi.
Çinin valyuta ehtiyatları 2015-ci ildən azalmağa başlayıb və yuanın devalvasiyaya uğramasından sonra rekord hədd olan 513 milyard dollara düşməsi kəskin kapital axınına səbəb olub. Cari ilin birinci yarısında hökumətin valyuta bazarlarında spekulyasiya ilə mübarizəsi və maliyyə nəzarətini sərtləşdirməsi nəticəsində bu proses xeyli ləngiyib.
Bu ilin əvvəlindən Çin valyutasının məzənnəsi ABŞ dollarına nisbətdə 2,7 faiz zəifləyib.