DÜNYA


Çinin valyuta ehtiyatı və xarici valyuta əməliyyatları üçün yuan fondu azalmaqda davam edir

Pekin, 16 dekabr, AZƏRTAC

Çinin xarici valyuta ehtiyatları və xarici valyuta əməliyyatları üçün yuan fondundakı vəsait azalmaqda davam edir.

Çin Xarici Valyuta Mübadiləsi üzrə Dövlət Administrasiyasının məlumatına əsasən, ölkənin xarici valyuta ehtiyatları noyabrda 69,1 milyard ABŞ dolları azalaraq 3,05 trilyon dollara düşüb. Azalma prosesi artıq beşinci aydır davam edir.

Bundan başqa, ölkənin mərkəzi bankı olan Çin Xalq Bankının xarici valyuta əməliyyatları aparmaq üçün yuan fondunda da azalma müşahidə olunur. Belə ki, fonddakı vəsait noyabrda ən yüksək həddə - 382,7 milyard yuan (təxminən 55,44 milyard dollar) azalaraq 22,26 trilyon yuana düşüb. Artıq 11 aydır fondakı vəsaitin azalması prosesi davam edir.

Qeyd edək ki, Çin ötən ilin yayında xarici valyuta mübadiləsi mexanizmini dəyişəndən bəri milli valyuta yuan ABŞ dollarına nisbətdə zəifləməyə başlayıb. Bu da öz növbəsində ölkədən kapital axınının çoxalmasına səbəb olub. Lakin böyük məbləğdə kapital axının olmayacağına əminlik ifadə edən Çin rəsmiləri vəziyyətin sabit olduğunu söyləyirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.