MƏDƏNİYYƏT
Çinizelli Sirkinin təqdimatında Bakıda ilk dəfə “Qızıl dördlük”
Bakı, 5 mart, AZƏRTAC
Martın 14-dən başlayaraq Bakı Dövlət Sirkində Çinizelli Sirkinin təqdimatında Bakıda ilk dəfə “Qızıl dördlük” şou-proqramı təqdim olunacaq.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov AZƏRTAC-a bildirib ki, bu möhtəşəm proqrama Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin 40-dan çox artistinin çıxışları daxildir.
Paytaxtımızda ilk dəfə təqdim olunacaq bu proqramda tamaşaçılar “Keniya boys” akrobatlar qrupu, timsahlar, şar içində motosikletçilər, “Professor Yermokovun itlər məktəbi”, ekzotik tutuquşular, atlar və dəvələr, qeyri-adi lazer və işıq effektləri, şən klounlar və digər bir-birindən maraqlı nömrələri izləyə biləcəklər.
Proqram martın sonunadək davam edəcək.
Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır. Tamaşa sayı məhduddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]