REGİONLAR


Çinli atıcı: Gənclər arasında dünyanın ən reytinqli atıcıları Qəbələdə bir araya gəlib

A+ A

Qəbələ, 22 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mən Qəbələdə olduğum günlərdə böyük qayğı ilə əhatələndim. Belə bir gözəl yerdə, paytaxtdan uzaq bir bölgədə yüksək səviyyədə idman tədbirinin keçirilməsi, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradılması məni heyran edib. Mən bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında keçirilən Dünya Kuboku yarışlarında qızlar arasında səngər stend atıcılığı üzrə qızıl medal qazanan Çin idmançısı Cuncun Vanq deyib.

O, Qəbələdə yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayıb: “İnsanlarınız çox qonaqpərvərdir, mənzərəli, görməli yerləriniz çoxdur. Bu yarışda gənclər arasında dünyanın ən reytinqli atıcıları bir araya gəlib. Çin yığma komandasının burada olmasından çox məmnunam. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, Azərbaycanla bağlı olan hər şey məndə maraq doğurur. Çünki burada çoxlu dostlarım var”.

Çin idmançısı gələcəkdə də Qəbələdə keçiriləcək belə mötəbər yarışlarda iştirak edəcəyinə ümidvar olduğunu bildirib. “Yarışda bizim komandamızın üzvləri şəxsi və ümumi hesabda 8 medal qazanıb. Qeyd edim ki, burada yarış çox yüksək səviyyədə təşkil olunub, idmançıların yerləşməsi, məşq etməsi, qidalanması və istirahəti üçün lazımi şərait yaradılıb”, - deyə Cuncun Vanq vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.