İQTİSADİYYAT


Çinli ekspert İpək Yolu ölkələri ilə neft-qaz əməkdaşlığını genişləndirməyi təklif edir

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İpək Yolu iqtisadi qurşağında və XXI əsrin dəniz İpək Yolunda yerləşən ölkələr arasında neft-qaz əməkdaşlığını genişləndirmək üçün daha ciddi addımlar atılmalıdır. Bu sahədə əməkdaşlıq bütün neft-qaz sənayesi zəncirini əhatə etməlidir. AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bunu Çuntsində (Cənub-Qərbi Çin) “Asiyada davamlı energetik inkişaf və əməkdaşlıq yolları” devizi ilə keçirilən forumda çinli ekspert bildirib.

Çin Neft Texniki-İqtisadi İnstitutunun direktor müavini Tsyan Syuefenin sözlərinə görə, dünya neft təchizatının yarısı və istehlakının üçdəbir hissəsi İpək Yolu iqtisadi qurşağı və XXI əsrin dəniz İpək Yolunda yerləşən ölkələrin payına düşür. Lakin Avrasiya regionunda bütün neft və qaz dəhlizlərinin 70 faizi qərb və şimal istiqamətlərinə uzanıb və yalnız 30 faizi cənuba və şərqə yönəlib.

Tsyan Syuefenin fikrincə, neft-qaz marşrutlarının təhlükəsizliyini təmin etmək üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmləri yaradılmalı, fövqəladə hallara əlaqəli reaksiya verilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.