DÜNYA


Çinli müsəlman Məhəmməd həcc ziyarətinə velosipedlə yollanıb

A+ A

Qahirə, 22 avqust, AZƏRTAC

“Gulf News” nəşri xəbər verir ki, bir çinli müsəlman dindaşlarını heyrətə gətirib. Belə ki, o, həcc ziyarətini yerinə yetirmək üçün vətənindən Səudiyyə Ərəbistanına qədər çox uzun bir yolu velosipedlə qət edib.

Çinin Sintsyan əyalətindən olan Məhəmməd Səudiyyə Ərəbistanının Taif şəhərinə qədər velosipedlə 8150 kilometrlik yol gəlib. Taifdə onu yerli velosiped klubunun nümayəndələri qarşılayıb və mətanətli müsəlmanı Məkkəyə qədər müşayiət ediblər.

Tezliklə Məhəmməd arzusuna yetişərək həcc ziyarətini yerinə yetirəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.