ELM VƏ TƏHSİL


Çinli professor Folklor İnstitutunda türk dastançılıq ənənəsi haqqında elmi qənaətlərini bölüşüb

Bakı, 16 iyun, AZƏRTAC

Çin İctimai Elmlər Akademiyası Xalqlar Ədəbiyyatı İnstitutunun professoru Huang Zhongxaing Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olub.

Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, çinli alim araşdırdığı qazax dastanları və ümumən türk dastançılıq ənənəsi haqqında elmi qənaətlərini bölüşüb. Söhbət zamanı Çin İctimai Elmlər Akademiyasının Xalqlar Ədəbiyyatı İnstitutu ilə AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, Folklor İnstitutunun əməkdaşları Əli Şamil, Almaz Həsənqızı, Elçin Qaliboğlu və Aynur Qəzənfərqızı iştirak ediblər.

Sonda çinli professora Folklor İnstitutunun nəşrləri hədiyyə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.