DÜNYA


Çinli qadın kredit ödəməmək üçün görkəmini dəyişib

Bakı, 29 iyul. AZƏRTAC

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə qaçıb gizlənmək istəyib.

AZƏRTAC “aif.ru”ya istinadla xəbər verir ki, Çinin Uxan şəhərində bir qadın kredit ödəməmək üçün üzərində plastik əməliyyat apartdırıb.

Məhkəmə qərar çıxarıb ki, qadın banka 25 milyon yuan, yəni təqribən 3,7 milyon dollar ödəməlidir. Buna görə də 59 yaşlı qadın aradan çıxmaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının öz fotoşəklinə qətiyyən bənzəmədiyini və xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.