DÜNYA


Çinli səyahətçi Sakit okeanın Havay adaları rayonunda itkin düşüb

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC 

Sakit okeanı tək qət etmək istəyən tanınmış çinli səyahətçi Qo Çuan Havay adaları rayonunda itkin düşüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, səyahətçinin axtarışına Havay adalarının Qonolulu şəhərindən hava gəmisi yollanıb. Xilasedicilər yalnız səyahətçinin qayığından qopan yelkəni tapa biliblər. Onunla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.

Qo Çuan oktyabrın 20-də San-Fransisko limanından yelkənli qayıqla səfərə çıxmışdı. O, Sakit okeanı tək keçməklə yeni rekorda imza atmaq istəyirdi.

Xatırladaq ki, Qo Çuan 2013-cü ildə dünya turuna tək çıxan və səfəri uğurla başa vuran ilk çinli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.