MƏDƏNİYYƏT


“Çipollino” - uşaqlar üçün mövsümün son tamaşası oldu

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsüm ərzində 5 yeni uşaq tamaşası hazırlayıb təqdim edən teatrın budəfəki tamaşası da böyük maraqla qarşılanıb.

Beynəlxalq layihə çərçivəsində hazırlanmış yeni tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Nuranə Hüseynova, İlham Əsədov, Aydın Dəmirov, Anar Seyfullayev, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Anar Səfiyev, Vahid Orucoğlu, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Müşfiq Əliyev, Yusif Dadaşov, Natiq Fərzəliyev ifa ediblər.

Bütün personajları meyvə və tərəvəzlərdən ibarət olan rəngarəng tamaşanın əsas qəhrəmanı cəsarətli, qorxmaz və ağıllı Çipollino qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.