CƏMİYYƏT


Çirkab sularının dənizə axıdılması faktına görə vəzifəli şəxs cərimələndi

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə daxil olmuş şikayət yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsinin “Bağlar massivi” adlanan ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal İdarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilərək vəzifəli şəxs qismində 2 min 500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal İdarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.