CƏMİYYƏT


Çirkli su hövzələrindən tutulan balıq sağlamlıq üçün təhlükəlidir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ-ın Skripps Okeanoqrafiya İnstitutunun alimlərinin sözlərinə görə, çirkli su hövzələrində tutulan balıqlarla qidalanmaq zəhərlənmə riskini xeyli artırır. Məsələ bundadır ki, həmin hövzələrdəki davamlı üzvi çirkləndiricilər bəzi balıqların əzələ toxumasında toplanır.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, bu birləşmələr pestisidlərdə, neft-kimya sənayesi məhsullarında və odadavamlı materiallarda var. Həmin birləşmələr immun müdafiəsini asanlıqla yararaq, orqanizmə daxil olur və maddələrin hüceyrə membranı ilə daşınmasını təmin edən P-qlikoprotein zülalına yapışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.