MƏDƏNİYYƏT


Çolpon-Atada kitab nəşri və poliqrafiya məsələlərini müzakirə edilib

A+ A

Minsk, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 3-4-də Çolpon-Atada (Qırğızıstan) MDB üzvü olan ölkələrin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın XXI iclası keçirilib. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat verilib.

İclas iştirakçıları Dövlətlərarası Şuranın XX iclasının qərarlarının yerinə yetirilməsinin gedişini, MDB iştirakçıları olan ölkələrin XIII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekunlarını və növbəti, XIV müsabiqənin keçirilməsinə hazırlıq məsələlərini müzakirə ediblər.

Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin finalının baş mükafatının – “Qızıl cild” heykəlciyi şəklində Qran-prinin təsis edilməsi, elektron nəşrlərin yaradılmasının texnoloji cəhətdən təşkili, habelə elektron nəşrlərlə işin və bu nəşrlərin satışının təşkilinin hüquqi məsələlərinin (hüquqların qorunması və piratlığa qarşı mübarizə) nəzərdən keçirilib.

Şura üzvləri MDB iştirakçıları olan dövlətlərin kitab ticarəti müəssisələri arasında müsabiqə keçirilməsinin bəzi aspektlərini müzakirə edib, Birliyin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirlərə yekun vurublar.

İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.