MƏDƏNİYYƏT
“Çövkən - qədim atüstü Qarabağ oyunu” mövzusunda müsabiqəyə məqalə qəbulu davam edir
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabrın 15-də elan edilmiş “Çövkən - qədim atüstü Qarabağ oyunu” mövzusunda müsabiqəyə məqalə qəbulu davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə keçirilir.
Müəlliflər məqalələrini poçt, e-mail vasitəsilə ([email protected]) və ya şəxsən nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinə (Hökumət evi, 3-cü mərtəbə, 319-cu otaq) və “Mədəniyyət” qəzeti redaksiyasına (Moskva pr. Dövlət Film Fondu, 5-ci mərtəbə) təqdim edə bilərlər.
Ən yaxşı üç məqalə müəllifinə diplom və pul mükafatı təqdim olunacaq.
Müsabiqəyə dekabrın 1-də yekun vurulacaq.