İDMAN


Çövkən oyunu üzrə “Prezident Kuboku” turnirində “Sərhədçi” komandası çempion olub [YENİLƏNİB]

Bakı, 28 dekabr, AZƏRTAC

Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə dekabrın 28-də yekun vurulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final qarşılaşması oynanılıb. Yarış “Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında “Sərhədçi” və “Polad” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Bürünc medallar uğrunda görüşdə isə “Qarabağ” və “Köhlən” komandaları mübarizə aparıb. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası bürünc medallara layiq görülüb.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.