DÜNYA


Çox nazik naqillərin yaradılması üçün qeyri-adi üsul tapılıb

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Alimlər torpaq bakteriyalarından çox nazik elektrik naqilinin yaradılmasında istifadə ediblər. Bu cür naqil insanın saçından 60 min dəfə nazikdir.

AZƏRTAC “mail.ru” saytına istinadən yazır ki, torpaqda yaşayan geobakter növünə aid mikroorqanizmlər zülali saplar yarada bilər. Bakteriyalar bu nanonaqilin köməyi ilə dəmir oksidlə elektrik birləşməsi yaradır.

Ancaq geobakterlər tərəfindən hasil edilən enerji yalnız bakteriyaların yaşamasına kifayət edir. Alimlər geobakterlərin istifadəyə yararlı naqillər yaratması üçün onların dezoksiribonuklein turşusunu (DNT) dəyişiblər.

Bakteriyalar tərəfində yaradılmış naqildən nəbzə və ya böyrəklərin funksiyasına nəzarət edən tibbi cihazlarda istifadə etmək planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.