ELM VƏ TƏHSİL
Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvləri Azərbaycan Dillər Universitetində
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən yazarlar klubunun təşkilatçılığı ilə türk dünyası ədəbiyyatçıları və Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvləri ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) idarə heyətinin üzvü Əsəd Cahangir görüşün əhəmiyyətindən danışıb.
ADU-nun filologiya və jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Kamran Abbaszadə rəhbərlik etdiyi klub haqqında məlumat verib.
Sonra öz şeirlərini səsləndirən klub üzvlərinə Çukurova Ədəbiyyatçılar Dərnəyinin diplom və sertifikatları verilib.
K.Abbaszadə Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvü seçilib.