Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“CİNAYƏT İŞLƏRİ ÜZRƏ QARŞILIQLI HÜQUQİ YARDIM HAQQINDA” AVROPA KONVENSİYASININ VƏ ONA ƏLAVƏ PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.1959-cu il aprelin 20-də Strasburq şəhərində imzalanmış“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyası müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri bu qanunun əslinə əlavə olunur) və 1978-ci il martın 17-də Strasburq şəhərində inzalanmış “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına Əlavə Protokol müvafiq bəyanat və qeyd-şərtlə (bəyanatın və qeyd-şərtin mətni bu qanunun əslinə əlavə olunur) təsdiq edilsin.

II.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin