İQTİSADİYYAT


CISCO ilə yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

CISCO ilə yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin ABŞ-ın məşhur CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser ilə görüşündə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində həyata keçirilən dövlət siyasətindən söz açan nazir Ramin Quluzadə sahə üzrə perspektiv planlar və prioritet istiqamətlər barədə danışıb.

Azərbaycanla qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edən Maykl Qanser tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən, o cümlədən şirkətinin Azərbaycanın rəqəmsallaşdırılması layihəsi ilə bağlı ideyasından söz açıb.

Qafqaz regionunda ilk Tier-III səviyyəli Data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasına görə təşəkkürünü bildirib.

Daha sonra ölkə üçün strateji informasiya texnologiyaları layihələri, kibertəhlükəsizlik, mütəxəssislərin informasiya texnologiyaları sahəsində bacarıqlarının inkişafı üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, CISCO şirkəti Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.