DÜNYA


CNN: ABŞ-ın hərbi gəmisi İran katerinə xəbərdarlıq atəşi açıb

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi İrana məxsus katerin yaxınlaşmasına cavab olaraq bir neçə xəbərdarlıq atəş açıb. Bu barədə CNN telekompaniyası məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Fars körfəzinin şimalında, beynəlxalq sularda baş verib. Radio siqnallarına reaksiya verməyən kater ABŞ-ın hərbi gəmisinə 150 metrə qədər yaxınlaşdıqda ona tərəf suya bir neçə xəbərdaredici atəş açılıb.

Oxşar hadisə yanvarın 8-də də baş vermişdi. Həmin vaxt ABŞ-ın “Mahan” raket esminesi Ərəbistan dənizinin şimal-qərbində Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazında ona yaxınlaşan İranın dörd kateri istiqamətində atəş açmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.