DÜNYA


CNN: Barak Obama Vaşinqtonda 8 milyon dollara ev alıb

Bakı, 1 iyun, AZƏRTAC

ABŞ-ın sabiq prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel prezidentlik müddəti başa çatdıqdan sonra Vaşinqtonun nüfuzlu rayonunda kirayə götürdükləri evi 8,1 milyon dollara satın alıblar.

AZƏRTAC xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, sabiq prezidentin aldığı evdə 9 yataq otağı və 8 hamam var.

Bir qədər əvvəl Barak Obama qızı Saşa məktəbi bitirənə qədər Vaşinqtonda qalacağını demişdi. Buna isə hələ iki il var.

Xatırladaq ki, Barak Obama 2009-2017-ci illərdə ABŞ Prezidenti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.