İQTİSADİYYAT


“CNN Indonesia” portalı Bakının turizm potensialı barədə məqalə yayıb

Cakarta, 27 dekabr, AZƏRTAC

“CNN Indonesia” portalında paytaxtımızın turizm potensialı haqqında “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır” başlıqlı məqalə yerləşdirilib.

Məqalədə Bakının Asiya ilə Avropanı birləşdirən Azərbaycanın paytaxtı olduğu, buradakı İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzi, Bakı bulvarı və “Alov qüllələri” kimi tarixi və mədəni obyektlər haqqında ətraflı məlumat verilir.

Bakının ən təhlükəsiz şəhərlərdən biri olduğuna diqqət çəkilən məqalədə qeyd edilir ki, gecə işıqlarının bərq vurduğu bu şəhərdə hətta gecə yarısı belə turistlərin öz ailələri ilə birlikdə rahatlıqla gəzdiklərinin şahidi ola bilərsiniz.

“TripAdvisor” adlı məşhur turizm portalının Bakını Asiyada turistlərin böyük üstünlük verdiyi bir nömrəli şəhər olaraq qeyd etdiyi oxucuların diqqətinə çatdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.