SİYASƏT
CNN Roma Papasının Azərbaycana səfəri haqqında süjet göstərib VİDEO
Vaşinqton, 3 oktyabr, AZƏRTAC
CNN (Si-En-En) teleşirkəti oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana səfəri haqqında süjet göstərib.
CNN-nin Vatikandakı müxbiri, Roma Katolik Kilsəsi başçısının Cənubi Qafqaza səfəri çərçivəsində onu müşayiət edən Delia Qallager bildirib ki, Roma Papası Bakıya gələndən dərhal sonra katolik kilsəsində olub. Bakıda bu kilsəyə təqribən 500 katolik dua etməyə gəlir.
CNN-nin müxbiri Papanın məscidə getməsindən danışarkən deyib ki, Bakıdakı məscid unikaldır. Çünki Azərbaycan yeganə ölkədir ki, burada sünnilərlə şiələr bir yerdə dua edirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton