İQTİSADİYYAT
CULFA-CULFA ELEKTRİK XƏTTİ OKTYABRDA İSTİSMARA VERİLƏCƏK
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 700-800 metrlik Culfa-Culfa elektrik xəttinin çəkilişi layihəsi, habelə yeni yardımçı stansiyanın tikilməsi iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın 2002-ci ildə Bakıda keçirilmiş iclasının yekunlarına əsasən, imzalanmış hökumətlərarası memorandumun tərkib hissələrindən biridir.
İşlərin ilk mərhələsində “Azərenerji” Culfa yardımçı stansiyasında quraşdırmaq üçün 60 MVt gücündə transformator sifariş vermişdir. Layihənin ikinci mərhələsində daha bir belə transformatorun quraşdırılması yardımçı stansiyanın gücünü iki dəfə artıracaqdır.
Culfa-Culfa elektrik xətti işə salındıqdan sonra İrandan Naxçıvana verilən elektrik enerjisi 30 MVt artaraq 110 MVt təşkil edəcəkdir.