MƏDƏNİYYƏT


Cahangir Cahangirov adına Xor Kapellasının 80 illiyi qeyd olunub

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Bakıda AzTV-nin Cahangir Cahangirov adına Xor Kapellasının yaranmasının 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında keçirilən tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova, görkəmli bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov çıxış edərək xor kapellasının yaranmasından, musiqi zövqümüzün formalaşmasındakı xidmətlərindən danışıblar.

Musiqi kollektivinin Azərbaycan Televiziya və Radiosunda və ölkəmizin mədəni həyatındakı fəaliyyətindən də söz açılıb.

Xorun bədii rəhbəri və baş dirijoru Şəhla Ələkbərova göstərilən bu diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Firəngiz Əlizadə və digər Azərbaycan bəstəkarlarının, eyni zamanda, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.