İQTİSADİYYAT


Campaolo Kutilo: Hansı rakursdan baxsaq Azərbaycan tranzit və aparıcı mərkəzi məntəqədir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanda yaradılmış azad sənaye zonaları avropalı investorlar üçün cəlbedicidir. Hansı rakursdan baxsaq Azərbaycan tranzit və aparıcı mərkəzi məntəqədir. Ona görə də Azərbaycanın bu üstünlükdən necə istifadə etdiyini görmək olduqca vacibdir.

AZƏRTAC bildirir ki, bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo “Caspian Energy”ya müsahibəsində deyib.

“Bizim şirkətlərimiz bu işə öz töhfələrini verməkdə maraqlıdırlar. Bu, öz növbəsində onların Azərbaycana gəlmək və lazımi əlaqələri nizamlamaq qabiliyyətlərindən asılı olacaq. Amma biz hökumət olaraq, sözsüz ki, bu prosesə və İtaliya şirkətlərinin Sumqayıt kimi sənaye zonalarına cəlb edilməsinə yardım etməyə hazırıq. Bizim həmçinin neft-kimya sektoruna da marağımız var. Bir sıra nəhəng İtaliya şirkətləri mühüm neft-kimya layihələri çərçivəsində Azərbaycanda fəaliyyət göstərirlər”, - deyə Campaolo Kutilo vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.