DÜNYA
Canavarlar Karlovı Varı diyarına qayıdıb
Praqa, 9 sentyabr, AZƏRTAC
Çexiyanın Karlovı Varı diyarında canavar sürüsü peyda olub. Məlumat mütəxəssislər tərəfindən təsdiqlənib. Slavkov Meşə İdarəsinin nümayəndəsi Yana Rolkova bildirib ki, sürüdə heyvanların sayı ərazi tədqiq olunandan sonra bilinəcək. Əvvəlki vaxtlarda da ayrı-ayrı məlumatlar daxil olub, habelə Kruşnı dağlarında canavarların mövcudluğuna dair izlər aşkar edilib. Bu il bu yerlərdə yırtıcıların peyda olması qoyunlara təkrar hücumlarla da təsdiqlənib.
Abertam kəndinin ağsaqqalının sözlərinə görə, canavarlar kənd təsərrüfatı heyvanlarından fərqli olaraq, insanlar üçün təhlükəli deyil. Mütəxəssislərin fikrincə, regionda canavarların olması çox vacibdir, çünki onlar əkinçilərə və meşə təsərrüfatı ilə məşğul olanlara xeyli zərər vuran böyük miqdarda qabanların və maralların sayını tənzimləyə bilərlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa