ELM VƏ TEXNOLOGİYA


Canlı orqanizmlərlə “qidalanan” robot

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

İngiltərənin Bristol və Kembric universitetlərinin mütəxəssisləri canlı orqanizmlərlə “qidalanan” robotu təqdim ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu robot bir növ həzm sisteminə malikdir. Belə ki, cihaz polimer membran materialdan hazırlanmış ağız, qidanın həzmi üçün mədə və qalıqları ifraz edən bağırsaq ilə təchiz olunub. Bir çox su heyvanları kimi robot da daxilində mikroorqanizmlər olan mayeni qəbul etməklə onu filtrdən keçirir. Daha sonra mikroorqanizmlər mədədə həzm olunur. Mədə mikroorqanizmləri həzm edən mikroblardan ibarətdir. Son mərhələdə isə emal olunmuş material robotun arxa hissəsində yerləşən çıxışdan xaric edilir.

Alimlər bildiriblər ki, robot ilkin mərhələdə mikroorqanizmlərdən az miqdarda enerji alır. Lakin buna baxmayaraq, robot faydalı iş əmsalının artmasına kömək edir. Bərk materialların yerinə polimerdən istifadə etmək robotun enerji tələbatını aşağı salır. Alimlər mədədəki mikrobların sayını çoxaltmaqla robotun səmərəliliyini artırıblar.

Yeni qurğudan radiasiya ilə çirklənmiş su hövzələrində istifadə edilməsi planlaşdırılır. O, uzun müddət insanın iştirakı olmadan enerji yığmaqla çalışa bilər. Bu isə böyük ərazilərin təmizlənməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.