CƏMİYYƏT


Cari ildə 90 140 nəfər gənc peşəyönümü tədbirlərə cəlb olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli peşələrə yiyələnməklə məşğulluq imkanlarına malik olması məqsədilə tədbirlərini davam etdirir.

Nazirliyin ictimiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 3 242 nəfər vətəndaş kompyuter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, xalçaçılıq, qənnadçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmin şəxslərdən 2 963 nəfəri (o cümlədən 131 nəfər əlil vətəndaş) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına, qalan 279 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 242 nəfərin 410 nəfərini və ya 12,6 faizini əlilliyi olan şəxslər təşkil edib. Həmçinin qeyd olunan dövrdə kurslara cəlb olunanların 2 131 nəfəri və ya 65,7 faizi gənclərdən ibarət olub. Kursları bitirən vətəndaşlara sertifikatlar verilib.

Gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə onlar arasında valideynlərin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilir. Cari ilin 10 ayında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət olan 90 140 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Bu tədbirlərdə gənclərə mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhət və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.