DÜNYA


Cari ildə Yaponiyada doğum səviyyəsi son 100 ilin ən aşağı həddinə düşüb

A+ A

Tokio, 23 dekabr, AZƏRTAC

Yaponiya Səhiyyə Nazirliyinin proqnozlarına görə, cari ildə ölkədə yeni doğulan körpələrin sayı 1 milyondan az olacaq. Bu, həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.

Nazirliyin proqnozuna görə, Yaponiyada cari ildə 981 min körpə dünyaya gələcək.

Eyni zamanda, cari ilin proqnozlarına görə, Gündoğar ölkədə 1 milyon 300 min insan dünyasını dəyişəcək. Bu, artıq 10 ildir ki, Yaponiyada əhalinin sayının ardıcıl şəkildə azalması deməkdir.

Ötən il Yaponiyada 1 milyon 5 min körpə doğulub və bu, son 5 ildə ilk dəfə artım kimi qeydə alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.