DÜNYA


Cari ildə Yaponiyada zəlzələlərin sayı əvvəlki illə müqayisədə artıb

A+ A

Tokio, 30 dekabr, AZƏRTAC

Yaponiya Mərkəzi Meteorologiya Agentliyinin yaydığı məlumata görə, başa çatmaqda olan ildə gücü 1 baldan yuxarı olan 6566 zəlzələ qeydə alınıb.

Bu, əvvəlki illə müqayisədə 3,5 dəfə artıb. 2011-ci ilin martında baş verən dəhşətli zəlzələdən sonra orta hesabla ildə 10 mindən artıq yeraltı təkan baş verib. Zəlzələlərin sayı azalmaqda davam edib və 2015-ci ildə 1842 yeraltı təkan qeydə alınıb.

2016-cı ildə ölkədə bir neçə güclü yeraltı təkan baş verib. Belə ki, apreldə iki gün ara verməklə 6,5 və 7,3 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Başa çatmaqda olan ildə baş vermiş 6566 zəlzələdən 3146-sı həmin ay Kumamoto və Oiça prefekturalarında olub. Meteoroloqlar həmin rayonlarda seysmik aktivliyi Kumamotoda baş vermiş zəlzələnin afterşokları kimi qiymətləndiriblər.

Bundan əlavə, Fukuşimada da 7,4 bal gücündə zəlzələ baş verib. Həmin yeraltı təkan 1,5 metr hündürlüyündə sunami dalğalarının yaranmasına səbəb olub.

Cari ildə son zəlzələ dekabrın 28-də 6,3 bal gücündə İbaraki prefekturasında qeydə alınıb.

Meteoroloqlar xəbərdarlıq edərək bildirirlər ki, güclü zəlzələ istənilən vaxt Yaponiyanın istənilən ərazisində baş verə bilər, buna görə də əhali hər gün təbii fəlakətə hazır olmalıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.