İQTİSADİYYAT


Cari ildə dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük və 1058,4 min sərnişin daşınıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

Bu ilin ilk yeddi ayında dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük və 1058,4 min sərnişin daşınıb. Hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,6 faiz, sərnişin daşınmasında isə 8,1 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən dövrdə orta hesabla sutkada 430 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,5 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.