İQTİSADİYYAT


Cari ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı artıb

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərib.

Aparılan təhlillər zamanı məlum olub ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb. Bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10,9 faiz) çox olub.

Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Cari ilin 9 ayı ərzində təkcə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7,6 faiz), Qazaxıstan (17,2 faiz), İran (62,9 faiz) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.