REGİONLAR


Cari ilin 9 ayında Balakənə 20 minə yaxın turist gəlib

A+ A

Balakən, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə turizm infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonuna da gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2011-ci ildə rayona cəmi 8974 turist gəlmişdisə, cari ilin ötən 9 ayı ərzində onların sayı 20 minə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 27-də Balakəndə turizm işçilərinin peşə bayramına həsr olunan tədbirdə məlumat verilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, muzeydə tarixi əhəmiyyət kəsb edən 4800-dək eksponat qorunub saxlanılır və nümayiş etdirilir. Onların arasında yaşı 3,5-4 min olan eksponatlara da rast gəlmək mümkündür.

Muzeydə yeni yaradılan Balakən rayonunun dərman bitkilərinə aid sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sərgidə nümayiş etdirilən 102 adda dərman bitkisinin hər biri haqqında ətraflı məlumat toplanıb.

Sonra iştirakçılar Rayon Mədəniyyət Mərkəzinin yaxınlığındakı parkda yerli sənətkarların əl işləri və Balakən kulinariyasına aid mətbəx nümunələrindən ibarət sərgilərlə tanış olublar.

Səmərəli fəaliyyətinə görə bir qrup turizm və muzey işçisinə rayon icra hakimiyyəti, mədəniyyət və turizm şöbəsi tərəfindən mükafatlar təqdim edilib.

Tədbir rayonun bədii özfəaliyyət və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.