REGİONLAR


Cari ilin 9 ayında iribuynuzlu mal-qaranın sayı 0,6 faiz artıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

2016-cı ilin yanvar-sentyabr aylarında təsərrüfatlarda 2 milyon 720,8 min baş iribuynuzlu mal-qara və 8 milyon 740,7 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,6 faiz artıb, qoyun və keçilərin sayı isə eyni səviyyədə qalıb.

Cari ilin 9 ayı ərzində 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3,0 faiz çox diri çəkidə ət, 1 milyon 505,6 min ton (2,5 faiz çox) süd, 1 milyon 214,0 milyon ədəd (4,9 faiz çox) yumurta, 16,8 min ton (1,5 faiz çox) yun istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.